​Ötən ay Azərbaycanda 80 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib

​Ötən ay Azərbaycanda 80 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb
Hərbi
7 Mart , 2016 11:35
​Ötən ay Azərbaycanda 80 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib

Bakı. 7 mart. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Azərbaycan ərazisində fevral ayı ərzində 2,378,908 kv.m ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-dan “Report”a bildirilib ki, bu müddət ərzində 80 ədəd PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 507 nəfər əməliyyat heyəti və 125 nəfər inzibati heyət, eyni zamanda 6 mexaniki minatəmizləmə maşını və 39 minaaxtaran it iştirak edib.

Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər, Tovuz, Samux, Şəmkir və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir. Ötən ay mina/PHS hadisəsi qeydə alınmayıb.

Qeyd edək ki, bugünədək cəmi 318,680,964 kv.m ərazi təmizlənib.

Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı isə 715 603-dür.

Son xəbərlər

Orphus sistemi