"Ön səngərdən gələn var"

"Ön səngərdən gələn var" Mingəçevirdə şəhid Fərid Ağayevin hərbi xidmətdə fərqləndiyi medalı ailəsinə təqdim edilib
Hərbi
21 Avqust , 2015 18:50
Ön səngərdən gələn var

Bakı. 21 avqust. REPORT.AZ/ Bu gün Mingəçevir şəhərində şəhid Fərid Ağayevin hərbi xidmətdə fərqləndiyi medalı ailəsinə təqdim edilib. "Report"un məlumatına görə, "Ön səngərdən gələn var" adı altında keçirilən tədbirdə Mingəçevir şəhərindən olan şəhid ailələri, Qarabağ əlilləri, veteranlar, zabitlər və gizirlər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə şəhid Fərid Ağayevin məzarını ziyarət ediblər. Daha sonra şəhid Fərid Ağayevin medalı ailəsinə təqdim olunması üçün Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin rəsmisi polkovnik Abdulla Qurbani, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə son vaxtlar ordumuzun möhkəmləndirilməsi, sərhədlərimizin gücləndirilməsi sahəsində dövlətimiz ardıcıl tədbirlər həyata keçirir. Ali Baş Komandan, Prezident İlham Əliyev bu il Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarım ilinin yekunlarına dair çıxışında göstərdiyi kimi ordumuz gündən-günə güclənir və bu ölkəmizin bir daha qüdrətləndiyini göstərildiyi vurğulanıb.

Sonra Mingəçevir şəhərindən şəhid Fərid Ağayevin Azərbaycanın müdafiə naziri tərəfindən hərbi xidmətdə fərqləndiyinə görə igidliyə görə III dərəcəli medalı (ölümündən sonra) şəhidin ailəsinə təqdim edilib. Şəhid Fərid Ağayev 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 19 yaşlı Fərid Ağayev bu ilin fevral ayında Ağdam istiqamətində gedən döyüşlər nəticəsində şəhid olub.

Qeyd edək ki, Mingəçevir şəhərindən Qarabağ müharibəsi dövründə 4 nəfər Milli Qəhrəman, 8 nəfər "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib, 287 nəfər şəhid olub, onlardan 35 nəfəri itkin düşüb. 165 nəfər Qarabağ əlili, 840 nəfər Qarabağ veteranı var.

Son xəbərlər

Orphus sistemi