Ombudsman Aparatının əməkdaşları təmas xəttində yerləşən hərbi hissələrə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları təmas xəttində yerləşən hərbi hissələrə baxış keçiriblər Ombudsman təsisatında insan hüquqları sahəsində hazırlanan çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib
Hərbi
20 Aprel , 2015 16:12
Ombudsman Aparatının əməkdaşları təmas xəttində yerləşən hərbi hissələrə baxış keçiriblər

Bakı. 20 aprel. REPORT.AZ/ Ombudsman Aparatının əməkdaşları həbri hissələrə baxış keçiriblər. Qurumdan "Report"a verilən məlumata görə, Ombudsman Aparatı hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Aparatın böyük məsləhətçisi Murad Babayev Müdafiə Nazirliyinin məsul əməkdaşı Emin Səfərovla birgə Bərdə, habelə Tərtər rayonları ərazisindəki hərbi hissələrin düşmənlə təmas xəttində yerləşən bir sıra bölüklərində və döyüş növbəçəkmə postlarında plan üzrə baxışlar keçiriblər. 

Baxışlar zamanı şəxsi heyətin yüksək döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, xüsusilə modul tipli yataqxanaların istifadəyə verilməsi, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, müvəkkilin bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı sualları cavablandırıblar. Azərbaycanda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində tədbirlərin əhəmiyyəti vurğulanıb.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib, habelə Ombudsman təsisatında insan hüquqları sahəsində hazırlanan çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.

Baxışlar zamanı hərbi qulluqçuların müraciətləri dinlənilib, onlara hüquq və azadlıqları, həmçinin müvəkkilin səlahiyyətləri izah edilib.

Son xəbərlər

Orphus sistemi