Bakı. 19 mart. REPORT.AZ/ Martın 23-dən 27-dək Monteneqronun Budvo şəhərində 2015-ci il üzrə hərbi əməkdaşlığın əlaqələndirilməsi mövzusunda işçi görüşü, Türkiyənin Ankara şəhərində strateji rabitə mövzusunda kurs keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.