Bakı. 21 may. REPORT.AZ/ Ötən gün müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında alyansın Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.
"Report"
Hərbi Komitənin "Uyarlıq Platforması" formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən ilk iclasda 25 tərəfdaş dövlətin nümayəndələri iştirak edərək NATO-nun Uels sammitində qəbul olunmuş “Tərəfdaşlarla Uyarlıq Təşəbbüsü” çərçivəsində tərəfdaşlarla uyarlığın artırılması perspektivləri, tərəfdaşların NATO təlimlərində iştirakının genişləndirilməsi imkanları müzakirə olunub.
Baş Qərargah rəisi səfər zamanı Türkiyə, Gürcüstan, Moldova və Polşanın Baş Qərargah rəisləri ilə ikitərəfli görüşlər keçirib.