​Naxçıvanda hərbi hissələr arasında müsabiqə keçirilib

​Naxçıvanda hərbi hissələr arasında müsabiqə keçirilib Hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış" müsabiqəsi keçirilib
Hərbi
6 Noyabr , 2014 18:32

Bakı. 6 noyabr. REPORT.AZ/ Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılıq qabiliyyətlərinə baxış" müsabiqəsi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqəsinin keçirilməsində məqsəd hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi və hərbi qulluqçular tərəfindən ifa olunan hərbi vətənpərvərlik mahnılarının geniş təbliğ olunmasıdır.

Müsabiqədə daha aktiv içtirak edərək yüksək yer tutanlar "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, müsabiqə Müdafiə Nazirliyinin 2014-cü tədris ilinin hazırlıq planına və Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına uyğun olaraq keçirilib. 

Son xəbərlər

Orphus sistemi