Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama üzrə seminar keçirilib

Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama üzrə seminar keçirilib Seminarda müdafiə siyasəti, milli təhlükəsizlik sahəsində strateji planlaşdırma sənədləri arasında əlaqə və digər məsələlər müzakirə olunub
Hərbi
20 Sentyabr , 2016 17:54
Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama üzrə seminar keçirilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Baltikyanı dövlətlərin ekspertlərinin iştirakı ilə "Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama" mövzusunda seminar təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, seminar Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya və Litvanın Müdafiə nazirlikləri arasında bu il üçün ikitərəfli əməkdaşlıq planlarına əsasən keçirilib. 

Seminarda müdafiə siyasəti, müdafiə planlaşdırılması, milli təhlükəsizlik sahəsində strateji planlaşdırma sənədləri arasında əlaqə, ardıcıllıq və cəlb olunan iştirakçıların verəcəyi töhfələr, müdafiə qabiliyyətinin inkişaf etdirilməsi və digər mövzulara dair məruzələr dinlənilərək fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi