Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub
Hərbi
17 Dekabr , 2015 10:55
Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

Bakı. 17 dekabr. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin kollektivi qurumun yaradılmasının on illik yubileyi münasibətilə dekabrın 17-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Report" xəbər verir ki, nazirliyin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra Müdafiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Son xəbərlər

Orphus sistemi