Müdafiə Nazirliyinin rəhbərliyi Həzi Aslanovun abidəsini ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Həzi Aslanovun abidəsini ziyarət edib Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub
Hərbi
9 May , 2015 13:29
Müdafiə Nazirliyinin rəhbərliyi Həzi Aslanovun abidəsini ziyarət edib

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, abidənin önünə əklil qoyulub və İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, Azərbaycan xalqnın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə abidə önünə toplaşmış müharibə veteranları adından müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova "Veteranların qayğıkeşi" diplomu və "Veteran həmrəyliyi" medalı təqdim olunub.

Anım mərasimlərində Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və Qardaşlıq məzarı da ziyarət olunub.

Bayram tədbirləri Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, və Qusar şəhərlərində də keçirilib.

Son xəbərlər

Orphus sistemi