Müdafiə Nazirliyinin mütəxəssisləri ilə ​NATO/ABŞ Ekspert Qrupu arasında növbəti işçi görüşü başlayıb

Müdafiə Nazirliyinin mütəxəssisləri ilə ​NATO/ABŞ Ekspert Qrupu arasında növbəti işçi görüşü başlayıb Görüşdə hərbi təhsil sahəsində NATO ilə əməkdaşlığın perspektivlərinin müzakirə olunması planlaşdırılır
Hərbi
2 Mart , 2015 20:43

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü başlayıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbirdə NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin nümayəndələri, Müdafiə Nazirliyi tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev başda olmaqla nazirliyin müxtəlif idarələrinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin zabitləri iştirak edirlər.

Görüşdə hərbi təhsil sahəsində NATO ilə əməkdaşlığın perspektivlərinin müzakirə olunması planlaşdırılır. NATO nümayəndə heyətinin üzvləri Hərbi Akademiyanın dinləyiciləri qarşısında mühazirələrlə çıxış edəcəklər.

İşçi görüşü martın 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi