Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: "Ermənilər cəbhəboyu əraziləri tərk edir"

Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: "Ermənilər cəbhəboyu əraziləri tərk edir" General-mayor Rasim Əliyev: "Azərbaycanda ​hərbi jurnalistlərə rütbə verilə bilər"
Hərbi
5 Noyabr , 2015 12:03
Azərbaycan Müdafiə Nazirliyinin idarə rəisi: Ermənilər cəbhəboyu əraziləri tərk edir

Bakı. 5 noyabr. REPORT.AZ/ "Müdafiə Nazirliyi, ümumiyyətlə Silahlı Qüvvələr haqqında yazarkən jurnalistlər ehtiyatlı olmalıdırlar. Çünki sözün gücü adətən silahın gücündən daha kəsərlidir". "Report" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev deyib.

Müd­afiə Nazirliyi, Mətbuat­ Şurası və "Dinc Dünya" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən və ekstremal situasiyala­rda işləyən jurnalistlərin psixoloji hazırlığına və təcrübə öyrədilməsinə həsr olunan tədbirdə çıxış edən R.Əliyev qeyd edib ki, müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsində işləyən jurnalistlərlə bağlı xüsusi əmri var: "Ermənistanın xəbər saytlarında da yazılır ki, ermənilər təhlükəni hiss edib cəbhəboyu əraziləri tərk edir. Bu bizim gördüyümüz işlərin nəticəsində mümkün olub. Vətənpərvərlik təkcə əlinə silah alıb səngərdə duran adam deyil, öz işini vicdanla görən hər bir şəxs vətənpərvərdir".

R.Əliyev deyib ki, gələcəkdə hərbi jurnalistlərə rütbələr verilə bilər: "Bizim fikrimiz var ki, bu sahədən yazan jurnalistləri müəyyən təlimlərə və kurslara cəlb edək və sonda imtahandan uğurla keçənlərə müəyyən hərbi rütbələr verək. Biz bu işi gələcək üçün düşünürük. Hesab edirəm ki, sizin köməyinizlə biz buna da nail olacağıq".

Son xəbərlər

Orphus sistemi