Müdafiə Nazirliyi: Təhlükəsizlik qaydalarının pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri ölüb

Müdafiə Nazirliyi: Təhlükəsizlik qaydalarının pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri ölüb Hadisə ilə bağlı gizir Ceyhun Əhmədov haqqında cinayət işi başlanıb
Hərbi
7 Dekabr , 2015 14:03
Müdafiə Nazirliyi: Təhlükəsizlik qaydalarının pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri ölüb

Bakı. 7 dekabr. REPORT.AZ/ Təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat etmiş əsgərin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Son xəbərlər

Orphus sistemi