Müdafiə Nazirliyi "Qüdrətli dövlətin güclü ordusu" adlı film hazırlayıb

Müdafiə Nazirliyi "Qüdrətli dövlətin güclü ordusu" adlı film hazırlayıb Film Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilib
Hərbi
22 İyun , 2015 18:15
Müdafiə Nazirliyi Qüdrətli dövlətin güclü ordusu adlı film hazırlayıb

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi "Qüdrətli dövlətin güclü ordusu" adlı film hazırlayıb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilən film ingilis dilinə də tərcümə olunub. Film həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb. 

Nazirliyin Sənədli və Tədris Filmləri Kinostudiyasında çəkilən filmdə qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın keçdiyi yola nəzər salınıb. Müstəqillik illərindən bu günə kimi qazanılan uğurlardan bəhs edilib.

Son xəbərlər

Orphus sistemi