Müdafiə Nazirliyi: "Azərbaycan Silahlı Qüvvələrinin gücü Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər"

Müdafiə Nazirliyi: "Azərbaycan Silahlı Qüvvələrinin gücü Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər" Nazirlik “Voenno-promışlennıy kuryer” saytında dərc edilən Azərbaycana dair məqaləyə münasibət bildirib
Hərbi
16 Mart , 2016 19:43
Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin gücü Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər

Bakı. 16 mart. REPORT.AZ/ Müdafiə Nazirliyi “Voenno-promışlennıy kuryer” saytında dərc edilən Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yazını oxuyarkən müəllifin baş verən proseslərdən bixəbər olduğu aydın görünür.

Məqalədə sadalanan faktlar və rəqəmlər artıq köhnədir. Azərbaycan qısa bir dövrdə arsenalda olan silah və texnikanın ən müasir, yüksək dəqiqliyə və dağıdıcı gücə malik olanları ilə yenilənməsi işini həyata keçirib və bu proses artan templə davam edir. Müəllifin mülahizələri çox vaxt yersizdir, indiki vəziyyəti, regiondakı prosesləri real əks etdirmir.

Azərbaycan işğalçı, separatçı cinayətkarlardan ibarət qurumla mübarizə aparmağa yetərincə gücə, qüdrətə malikdir. İşğalçı Ermənistan ilə aktiv hərbi əməliyyatlara başlamamasının yeganə səbəbi isə Azərbaycanın yürütdüyü sülhsevər siyasət və beynəlxalq qanunlara hörmətlə yanaşmasıdır.

Əks-təqdirdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan silah və texnikanın gücü nəinki Dağlıq Qarabağda olan işğalçı erməni birləşmələrini darmadağın etməyə, hətta Ermənistan ərazisindəki istənilən obyekti məhv etməyə yetər.  

Son xəbərlər

Orphus sistemi