​Azərbaycanın müdafiə naziri Sloveniya parlamentinin sədri ilə görüşüb

​Azərbaycanın müdafiə naziri Sloveniya parlamentinin sədri ilə görüşüb Görüşdə iki ölkə arasında münasibətlərin getdikcə genişlənməsi və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb
Hərbi
14 Mart , 2015 12:52
​Azərbaycanın müdafiə naziri Sloveniya parlamentinin sədri ilə görüşüb

Bakı. 14 mart. REPORT.AZ/ Sloveniyada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin parlamentinin sədri doktor Milan Brqlez tərəfindən qəbul edilib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında münasibətlərin getdikcə genişlənməsi və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

M.Brqlez dövlətlərimiz arasında oxşar tarixin və bir sıra ümumi maraqların olduğunu əsas gətirərək qarşılıqlı fəaliyyətlərin bundan sonra da davam edəcəyinə və birgə səylərin artırılacağına ümidvar olduğunu qeyd edib.

Onun sözlərinə görə II Dünya müharibəsi illərində partizan hərəkatında iştirak edərək qəhrəmancasına həlak olan və Sloveniya torpağında dəfn edilən əfsanəvi Mehdi Hüseynzadə xalqlarımız arasında məhz həmin mənəvi körpünün əsasını təşkil edir.

Müdafiə naziri öz növbəsində Azərbaycanın dəyərli qəhrəmanının xatirəsinə göstərilən ehtirama görə Sloveniya rəhbərliyinə və xalqına dərin minnətdarlığını bildirərək Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin üzləşdiyi digər təhlükəsizlik məsələlərini də xüsusi olaraq diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi