Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu və mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib

Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu və mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib Zakir Həsənov: "Şəxsi heyət işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıdır"
Hərbi
13 Oktyabr , 2016 15:35
Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu və mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Cəbhə bölgəsində səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Düşmən mövqelərini müşahidə edən müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib.

Səngərlərdə döyüş növbətçiliyini yoxlayan müdafiə naziri eyni zamanda şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib.

Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və Ali Baş Komandanın əmri ilə işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıdır.

Son xəbərlər

Orphus sistemi