​Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb

​Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb Zakir Həsənov tikinti işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib
Hərbi
1 İyul , 2016 17:42
​Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov tikilməkdə olan hərbi şəhərciklərə baş çəkərək inşaat işlərinin keyfiyyəti ilə maraqlanıb. Müdafiə naziri inşa edilən qərargahlar, yataqxanalar, döyüş texnikası üçün saxlanclar, sıra meydanları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti, inzibati bina və qurğularda, eləcə də hamam-camaşırxana-qazanxana komplekslərində gedən tikinti işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi