​Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub

​Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub Zakir Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib
Hərbi
27 Aprel , 2016 11:42
​Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüb.

Bu barədə “Report”un məlumatına görə, Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.

Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z.Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi