Müdafiə naziri: “​Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin növbəti görüşünün bəzi detalları üzərində iş gedir”

Müdafiə naziri: “​Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin növbəti görüşünün bəzi detalları üzərində iş gedir” Növbəti görüş Gürcüstanda keçiriləcək
Hərbi
24 May , 2016 16:06
Müdafiə naziri: “​Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin növbəti görüşünün bəzi detalları üzərində iş gedir”

Növbəti görüş Gürcüstanda keçiriləcək

Tbilisi. 24 may. REPORT.AZ/ “Bu ilin iyul ayında Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə regional və qlobal təhlükəsizliyə, üçtərəfli əməkdaşlığa dair bir sıra mühüm məsələlər müzakirə ediləcək. Hazırda növbəti görüşün bəzi detalları üzərində iş gedir”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli jurnalistlərə müsahibəsində söyləyib.

“Biz Azərbaycan və Türkiyə ilə müdafiə sahəsində çox səmərəli əməkdaşlıq edirik. Bu günlərdə Azərbaycanda üçtərəfli görüşümüz oldu və biz çox mühüm məsələləri müzakirə etdik. Düşünürəm ki, bu cür görüşlər hərbi sahədə əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişaf etdirəcək”, - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi