MDB ölkələrinin silahlı qüvvələrinin qərargah rəisləri Minskdə görüşəcək

MDB ölkələrinin silahlı qüvvələrinin qərargah rəisləri Minskdə görüşəcək Hərbi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 11 məsələ müzakirə ediləcək
Hərbi
28 Mart , 2016 08:37
MDB ölkələrinin silahlı qüvvələrinin qərargah rəisləri Minskdə görüşəcək

Bakı. 28 mart. REPORT.AZ/ MDB ölkələrinin Baş Qərargah rəisləri 2020-ci ilədək hərbi əməkdaşlıq və 2017-ci ildə silahlı qüvvələrin birgə fəaliyyət konsepsiyalarının həyata keçirilməsini müzakirə etmək üçün bu gün Minskdə bir araya gələcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə hərbi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə 11 məsələ müzakirə ediləcək. Rusiya MN-dən verilən informasiyaya görə, əsas diqqət 2020-ci ilədək hərbi əməkdaşlıq və 2017-ci ildə silahlı qüvvələrin birgə fəaliyyət konsepsiyalarının həyata keçirilməsinin müzakirəsinə yönələcək.

Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın nümayəndə heyətləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi