Komanda Qərargah Hərbi Oyunlarının döyüş atışlı əsas mərhələsi keçirilib - FOTO

Komanda Qərargah Hərbi Oyunlarının döyüş atışlı əsas mərhələsi keçirilib - FOTO Birləşmə və hərbi hissələr düşmən qüvvələrinə aviasiya zərbələrinin endirilməsi tapşırıqlarını icra ediblər
Hərbi
11 Sentyabr , 2015 21:10
Komanda Qərargah Hərbi Oyunlarının döyüş atışlı əsas mərhələsi keçirilib - FOTO

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Komanda Qərargah Hərbi Oyunlarında döyüş atışları icra olunmaqla əsas mərhələ keçirilib. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İrimiqyaslı təlimlərin ssenarisinə əsasən bir neçəhissədə yerinə yetirilən əsas mərhələdə qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələr təyin olunmuş hədlər istiqamətində hərəkət, düşmən qüvvələrinə aviasiya zərbələrinin endirilməsi, onun hərəkət edən qüvvə və vasitələrini məhvetmə, əks-hücüm həddinə çıxma və əks-hücum əməliyyatını keçirmə, ikinci eşalonun hücuma yeridilməsi və taktiki hava desantının düşmən dərinliyinə endirilməsi tapşırıqlarını icra ediblər.

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyəti, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

Təlim poliqonunda motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, döyüş təyyarə və helikopterləri döyüş atışları icra edib, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən şəxsi heyətin peşəkarlığından məmnun qalaraq, tapşırıqların müvəfəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi