Komanda Qərargah Hərbi Oyunları davam edir

Komanda Qərargah Hərbi Oyunları davam edir Qoşunlar təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb
Hərbi
8 Sentyabr , 2015 15:31
Komanda Qərargah Hərbi Oyunları davam edir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında baş tutan Komanda Qərargah Hərbi Oyunlarının planına uyğun olaraq sentyabrın 8-də təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin irimiqyaslı yerdəyişməsi həyata keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərin ssenarisinə əsasən qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanıb.

Son xəbərlər

Orphus sistemi