İlham Əliyev: "Ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik silahlardan istifadə edir"

İlham Əliyev: "Ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik silahlardan istifadə edir" "Son illər əldə etdiyimiz texnika, silah-sursat ən yüksək standartlara cavab verir"
Hərbi
25 İyun , 2016 22:27
İlham Əliyev: Ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik silahlardan istifadə edir

Bakı. 25 iyun. REPORT.AZ/ "Son illər ərzində əldə etdiyimiz texnika, silah-sursat ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə edir".

"Report" xəbər verir ki, bu sözləri president İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilərlə görüşündə bildirib.

"Azərbaycanın iqtisadiyyatı artır, bizim maliyyə imkanlarımız genişlənir və bildiyiniz kimi, dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur. Büdcə xərclərinin artması nəticəsində son illər ərzində Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün ordumuz maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır", - deyə o əlavə edib.

O, ordumuzun bütün ehtiyaclarının təmin edildiyini bildirib:

"Bununla bərabər, bir neçə ildir ki, artıq əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilibdir və biz burada iki məqsədi güdürük - ilk növbədə, əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdırlar, digər tərəfdən, bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar".

Son xəbərlər

Orphus sistemi