Hərbi xidmətə çağırılanlar üçün şad xəbər

Hərbi xidmətə çağırılanlar üçün şad xəbər Bu gündən etibarən çağırışçılar xidmət edəcəkləri hərbi hissə barədə məlumatları internet və SMS vasitəsilə öyrənə bilərlər
Hərbi
30 Dekabr , 2014 15:44
Hərbi xidmətə çağırılanlar üçün şad xəbər

Bu gündən etibarən çağırışçılar xidmət edəcəkləri hərbi hissə barədə məlumatları internet və SMS vasitəsilə öyrənə bilərlər

Bakı. 30 dekabr. REPORT.AZ/ 2015-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və ya qoşun növü barədə məlumatları bu gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytı üzərindən və SMS vasitəsilə öyrənə bilərlər.

Bu barədə "Report"a SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Nurəddin Heydərov məlumat verib.

Vətəndaşların www.seferberlik.gov.az ünvanında “Elektron xidmət” bölməsinə daxil olaraq özləri haqqında məlumatları yazmaqla xidmət edəcəkləri hərbi hissə və ya qoşun növünü dəqiqləşdirmələri mümkündür. Eləcə də çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı hərbi hissəyə və ya qoşun növünə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür.

Son xəbərlər

Orphus sistemi