Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələri Komandanlığının mobil təlim qrupu tərəfindən Azərbaycanda hərbi tibb imkanlarının təkmilləşdirilməsi və həkiməqədər ilkin tibbi yardımın göstərilməsi mövzularında seminar öz işinə başlayıb.
Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Seminar müddətində təlimçilər NATO-nun müxtəlif əməliyyatları zamanı, o cümlədən sülhməramlı əməliyyatlarda qazanılmış və digər təcrübələrə əsasən, hərbi qulluqçularla əməliyyatların keçirilmə rayonuna açılmamışdan əvvəlki və geri qayıtdıqdan sonrakı dövrlərdə aparılan işlər, yoluxucu xəstəliklərin immunoprofilaktikası və izlənilməsi, çöl-səhra şəraitində sanitar-gigiyena tədbirləri və digər mövzularda məlumatlar təqdim olunacaq və müzakirələr aparılacaq.