Keçən il ​Azərbaycandakı hərbi hissə və hərbi şəhərciklərdə 156,7 milyon manatlıq tikinti işləri görülüb

Keçən il ​Azərbaycandakı hərbi hissə və hərbi şəhərciklərdə 156,7 milyon manatlıq tikinti işləri görülüb Əsaslı təmir obyektləri üzrə 7 milyon manat məbləğində tikinti-quruculuq işləri yerinə yetirilib
Hərbi
3 Mart , 2016 16:39
Keçən il ​Azərbaycandakı hərbi hissə və hərbi şəhərciklərdə 156,7 milyon manatlıq tikinti işləri görülüb

Bakı. 3 mart. REPORT.AZ/ Keçən il Azərbaycanda hərbi hissə və hərbi şəhərciklərdə 156 milyon 700 min manat məbləğində, o cümlədən əsaslı tikinti obyektləri üzrə 146 milyon 500 min manat, əsaslı təmir obyektləri üzrə 7 milyon manat, cari təmir obyektləri üzrə 3 milyon 200 min manat məbləğində tikinti-quruculuq işləri yerinə yetirilib.

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Həyata keçirilmiş təmir-tikinti işləri nəticəsində 5 hərbi hissə və şəhərcik, 3 yeməkxana binası, 5 yaşayış binası, 10 hamam-camaşırxana kompleksi, 2 qərargah binası, 8 əsgər yataqxanası və s. istifadəyə verilib. 6 hərbi şəhərcik, 1 yeməkxana binası, 1 yaşayış binası, 4 əsgər yataqxanası, 1 hospital binası, 1 qərargah binası, Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazası və s. üzrə işlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi