Hərbi Akademiya adyunkturaya qəbul elan edir

Hərbi Akademiya adyunkturaya qəbul elan edir Qəbul hərbi nəzəri elmlər, hərbi xüsusi elmlər, hərbi təbabət və milli təhlükəsizlik ixtisasları üzrə elan edilir
Hərbi
26 Mart , 2015 10:26
Hərbi Akademiya adyunkturaya qəbul elan edir

Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası adyunkturaya qəbul elan edir. Bu barədə "Report"a Akademiyadan məlumat verilib.

Qəbul cari il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə aparılır. Qəbul "73- Milli təhlükəsizlik və hərbi elmlər" sahəsinə aid bir neçə- hərbi nəzəri elmlər, hərbi xüsusi elmlər, hərbi təbabət və milli təhlükəsizlik ixtisasları üzrə elan edilir.

Fəlsəfə doktoru proqramı üzrə adyunktura silahlı qüvvələrdə həqiqi hərbi xidmətdə olan, ali təhsilli (magistratura və ya təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), həmçinin pedaqoji və ya elmi-tədqiqat işində bacarığı olan zabitlər (qulluqçular) qəbul olunur. Mülki ali təhsil müəssisələrini bitirən zabitlər, bundan əlavə zabit vəzifələrində 2 ildən az olmayaraq xidmət təcrübəsinə malik olmalıdır.

Elmlər doktoru proqramı üzrə adyunkturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmaq qabiliyyəti və "fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan zabitlər (qulluqçular) qəbul edilir.

Qeyd edək ki, raporta çap olunan elmi siyahısı və ya seçilən ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə), ali təhsil müəssisəni bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış zabitlər (qulluqçular) üçün təhsil haqqında şəhadətnamə), xidməti xasiyyətnamə, xidmət vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 ölçüdə), şəxsiyyəti təsdiq edən sənədin surəti, çap edilən elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə) kimi sənədlər təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi