Bakı. 1 dekabr. REPORT.AZ/ Sabah Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək."Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində T.Xidaşelinin Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Qeyd edək ki, Gürcüstanın müdafiə nazirinin səfəri dekabrın 3-dək davam edəcək.