​Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

​Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək Tinatin Xidaşeli bu gün Şimali Amerika və Avropa ölkələrinə iki həftəlik səfərə çıxıb
Hərbi
19 Noyabr , 2015 12:43
​Gürcüstanın müdafiə naziri Azərbaycana səfər edəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli dekabrın əvvəlində Azərbaycana səfər edəcək.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

O, noyabrın 19-da Şimali Amerika və Avropa ölkələrinə iki həftəlik səfərə yola düşüb.

Nazirin səfəri Kanadadan başlayacaq, oradan Nyu-Yorka gedərək, BMT-nin sülhməramlı missiyasının rəhbərliyi ilə görüşəcək.

Tinatin Xidaşeli ABŞ-dan Avropaya səfər edəcək. Nazir iki həftəlik səfərinin sonunda Bakıya gələcək. 

Son xəbərlər

Orphus sistemi