​MN: Naxçıvanla bağlı xəbərin yenidən gündəmə gətirilməsi kimlərinsə maraqlarına xidmət edir

​MN: Naxçıvanla bağlı xəbərin yenidən gündəmə gətirilməsi kimlərinsə maraqlarına xidmət edir "Dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanıb"
Hərbi
29 Fevral , 2016 14:31
​MN: Naxçıvanla bağlı xəbərin yenidən gündəmə gətirilməsi kimlərinsə maraqlarına xidmət edir

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi bu gün bəzi elektron kütləvi informasiya vasitələrində 2014-cü ilin iyun ayında Naxçıvan istiqamətində yerləşən qoşunların təmas xəttindəki vəziyyətlə əlaqədar dərc olunmuş dezinformasiya xarakterli məlumat təkrarən sosial şəbəkələr və elektron mediada yayımlanmasına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, məlumat təqribən iki il bundan əvvəl verilib və elə o vaxt da dərhal Müdafiə Nazirliyi tərəfindən bu xəbərin dezinformasiya olması bildirilib: "Bu əsassız xəbərin yenidən gündəmə gətirilməsini kimlərinsə maraqlarına xidmət və təxribata şərait yaratmağa cəhd kimi dəyərləndiririk".

Son xəbərlər

Orphus sistemi