​Göygöl rayonunda top mərmisi aşkar edilib - FOTO

​Göygöl rayonunda top mərmisi aşkar edilib - FOTO Mərmi daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə aparılıb
Hərbi
7 İyul , 2016 01:07
​Göygöl rayonunda top mərmisi aşkar edilib - FOTO

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 6 İyul 2016-cı il tarixində Göygöl və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kəndinin əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar olunmayıb.

Göygöl rayonunun Mollacəlil kəndində, yolunun kənarında 1 təhlükəli əraziyə baxış keçirilin, 1 ədəd partlamamış hərbi sursat (BR 471 - 122 mm-lik top mərmisi) aşkar olunb. Mərmi daşınması mümkün olduğu üçün Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Cəmi bir təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (BR471 - 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 200 kv. m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi