Bakı. 26 iyul. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin təntənəli andiçmə mərasimi keçirilib.
"Report" xəbər verir ki, əvvəlcə DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quluyevin gənc əsgərlərə və onların valideynlərinə təbriki çatdırılıb.
Sonra tədbirdə çıxış edən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov Ulu Öndər
A. Ələkbərov Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə müvəffəqiyyətlər arzulayıb, onların dövlətimizin diqqət və qayğısı sayəsində yaradılmış ideal şəraitdən bəhlənərək xidmətdə yüksək nəticələrə nail olacaqlarına və hərbi anda sadiq qalacaqlarına əminliyini ifadə edib.
Mərasimdə çıxış edən valideynlər gənc əsgərlərə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər, övladlarına Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidi ilə başa çatıb.