Fransada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü təntənəli şəkildə qeyd olunub - FOTO

Fransada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü təntənəli şəkildə qeyd olunub - FOTO Azərbaycan hökuməti adından naməlum əskərin məzarı önünə əklil qoyulub
Hərbi
24 İyun , 2015 03:45
Fransada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü təntənəli şəkildə qeyd olunub - FOTO

Bakı. 24 İyun. REPORT.AZ/ Fransada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 97-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyindən bildiriblər ki, əvvəlcə möhtəşəm Zəfər Tağında naməlum əsgərin qəbri önünə əklil qoyma mərasimi keçirilib.

Fransa və Azərbaycan bayraqlarının dalğalandığı və hərbi qarovulla müşayiət olunan tədbirdə bu ölkənin Müdafiə Nazirliyinin əməkdaşları, müharibə veteranları şurası nümayəndələri, Zəfər Tağının idarə heyəti rəsmləri, Azərbaycanın Fransadakı səfirliyinin, ölkəmizin UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, bir qrup məktəbli iştirak ediblər.

Mərasimdə Fransa Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanındakı daimi nümayəndəliyimizin rəhbəri və səfirliyimizin hərbi attaşesi hərbi marşın sədaları altında Azərbaycan hökuməti adından naməlum əskərin məzarı önünə əklil qoyublar.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Zəfər Tağının xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Parisdəki Azərbaycan mədəniyyət mərkəzində rəsmi qəbul keçirilib. 

Rəsmi qəbul zamanı səfir Elçin Əmirbəyov, Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov və hərbi atteşe polkovnik Eldar İsmayılov fransız senator və deputatları, ölkənin yüksək çinli zabitlərini, Fransa hərbi şirkətlərinin əməkdaşlarını, ölkə ictimaiyyətinin nümayəndələrini və müharibə veteranlarını, akkreditə olunan 40-dan artıq ölkənin hərbi atteşelərini, diaspor təmsilçilərini səmimi salamlayıblar.

Tədbir Azərbaycan musiqisinin sədaları altında təşkil olunmuş ziyafətlə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi