FHN Qələbə günü münasibətilə toplantı keçirib

FHN Qələbə günü münasibətilə toplantı keçirib Sonda müharibə veteranlarına qiymətli hədiyyələr təqdim edilib
Hərbi
9 May , 2015 14:26
FHN Qələbə günü münasibətilə toplantı keçirib

Bakı. 9 May. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyində faşizm üzərində Qələbə günü münasibətilə Böyük Vətən müharibəsi veteranlarının iştirakı ilə toplantı keçirilib. FHN-dən "Report"a verilən məlumata görə, toplantıya gələn Böyük Vətən müharibəsi veteranları nazirliyin hərbi orkestrinin ifa etdiyi təntənəli marşın sədaları altında qarşılanıb, onlara gül dəstələri təqdim olunub.

Tədbirdə, əvvəlcə, Azərbaycan Dövlət himni səslənib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə tədbiri açaraq nazirliyin rəhbərliyi və kollektivi adından toplantı iştirakçılarını 9 may-Qələbə günü münasibətilə təbrik edib.

Tədbirdə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Kamil Bağırov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Böyük Vətən müharibəsində Azərbaycan xalqına şücaəti haqqında geniş çıxış edib, qələbənin qazanılmasında Azərbaycanın əvəzsiz rolundan bəhs ediblər.

Respublika Veteranlar Şurası adından çıxış edən Böyük Vətən müharibəsi veteranı Adil Babaşov və Sofiya Cəfərova müharibədə azərbaycanlıların qəhrəmanlığından bəhs edib, ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin veteranlara böyük diqqət və qayğısından danışaraq Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.

Sonda müharibə veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Son xəbərlər

Orphus sistemi