"Əsgər məktubları" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

"Əsgər məktubları" müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO Mukafat alanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı da var
Hərbi
12 Fevral , 2016 12:14
Əsgər məktubları müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Bakı. 12 fevral. REPORT.AZ/ Bu gün 3 saylı ASAN xidmət mərkəzində Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının 4 illiyinə həsr olunan tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirin keçirilməsində məqsəd SHXÇDX-nın vətənpərvərlik təbliğatının yüksəldilməsi və KİV nümayəndələri arasında keçirilən "Əsgərə məktublar" yazı müsabiqəsinin qaliblərinin təltif edilməsi olub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, SHXÇDX-nin rəis müavini general-mayor Zaur Abdullayev və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirak edib.

Tədbirdə məlumat verilib ki, "Əsgərə məktublar" yazı müsabiqəsi 7 dekabr 2015-ci ildən 18 yanvar 2016-cı il tarxilərində keçirilib. Müsabiqədə 50 jurnalist iştirak edib, onlardan 10 nəfər həvəsləndirici, 3 nəfər isə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüb. Qaliblərə diplom və mükafatlar təqdim edilib. Mukafat alanlar arasında "Report" İnformasiya Agentliyinin əməkdaşı Ülviyyə Şamilqızı da var.

Tədbir ASAN xidmət könüllülərinin "Vətənin müdafiəsinə hazıram" mövzusunda mənəvi-psixoloji təlimi ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi