Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub

Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub Düşmən cavab atəşi ilə susdurulub
Hərbi
21 Fevral , 2015 09:48
Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub

Bakı. 21 fevral. REPORT.AZ/ Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub. "Report" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Şuraabad, Cəvahirli, Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. 

Düşmən cavab atəşi ilə susdurulub.

Son xəbərlər

Orphus sistemi