Elçin Quliyev DSX-nin Lənkəranda inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - FOTO - VİDEO

Elçin Quliyev DSX-nin Lənkəranda inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - FOTO - VİDEO DSX tərəfindən son 10 ildə 600-dən çox yeni inzibati binaları inşa olunub
Hərbi
7 Mart , 2016 15:19
Elçin Quliyev DSX-nin Lənkəranda inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - FOTO - VİDEO

Lənkəran. 7 mart. REPORT.AZ/ Lənkəran Sərhəd Dəstəsinin qarnizonunda yeni inşa olunan yaşayış kompleksi istifadəyə verilib. "Report"un Lənkərana ezam olunan əməkdaşının verdiyi məlumata görə, yaşayış kompleksinin açılış mərasimində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev çıxış edib.

E.Quliyev dövlət sərhədlərinin toxunulmazlığının təminatı sahəsində dinamik inkişafın uğurla davam etdirilməsi, sərhədçilərin xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb.

E.Quliyev bildirib ki, DSX tərəfindən son 10 ildə 600-dən çox yeni inzibati binaları inşa edilib ki, bunun da 160-ı yaşayış binalarıdır: "Bu, Azərbaycan sərhədçisinə, dövlət sərhədlərinin mühafizəsinə göstərilən ən yüksək qayğının təzahürüdür". 

General-polkovnik Elçin Quliyev vurğulayıb ki, sərhəd dəstəsində mövcud olan 150 mənzilli yaşayış binalarının sırasına yeni əlavə edilən bina 38 mənzildən ibarətdir: "Binada yaşayış üçün bütün şərait yaradılıb. Həyətində idman və əyləncə meydançası, yaşıllıqlar salınıb".

Hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim olunduqdan sonra yeni mənzillərə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi