Azərbaycan düşmən ordusunu məhv etmək üçün yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Azərbaycan düşmən ordusunu məhv etmək üçün yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək Yavər Camalov: “2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin 4 zavodunun 3 istehsal sahəsini istifadəyə verməyi nəzərdə tutmuşuq”
Hərbi
17 Dekabr , 2015 11:12
Azərbaycan düşmən ordusunu məhv etmək üçün yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ “2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin 4 zavodunun 3 istehsal sahəsini istifadəyə verməyi nəzərdə tutmuşuq. Bu zavodlarda əsasən tank əleyhinə qumbaraatanlar üçün döyüş sursatlarının istehsalı planlaşdırılır”. “Report”un xəbərinə görə, bunu jurnasitlərə açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir əlavə edib ki, 40x46 mm-lik qumbaraatan və onların döyüş sursatları, müxtəlif tipli izburaxan patronlar, M6, M12 partlayıcı başlıqlar, tank və artilleriya üçün 6 növ mərmilər, həmçinin atıcı silahların lülələrinin istehsalı planlaşdırılır: “Yeni nəsil pilotsuz uçuş aparatı (PUA) da istehsal olunacaq. Bu qurğu kəşfiyyat aparmaqla düşmən ordusunu məhv etmək üçün nəzərdə tutulub”.

Son xəbərlər

Orphus sistemi