Bakı. 25 aprel. REPORT.AZ/
"Report" xəbər verir ki, ilk tədbir bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilib.
Görüşdə Bakının Səbail, Qaradağ, Xəzər, Suraxanı rayonlarından təhsildə fərqlənən 100-ə yaxın yuxarı sinif şagirdi iştirak edib. Şagirdlər akademiyada yaradılan şərait, tədris prosesi ilə əyanı tanış olublar, onları maraqlandıran suallar cavablandırılıb.
Görüşlərin keçirilməsində əsas məqsəd gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də hərbi təhsilə marağın artırılmasıdır.