Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək Qəbul Lənkəran Sərhəd Dəstəsində keçiriləcək
Hərbi
6 Fevral , 2016 10:08
Dövlət Sərhəd Xidmətinin rəisi Lənkəranda vətəndaşları qəbul edəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev fevralın 19-da Lənkəran Sərhəd Dəstəsində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Astara, Lerik, Lənkəran və Yardımlı rayon sakinləri üçün keçiriləcək qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları fevralın 16-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012 498 01 55 və 012 498 01 69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Son xəbərlər

Orphus sistemi