Çinin Azərbaycana təmənnasız hərbi yardım göstərməsi haqda Sazişə Əlavə Protokol təsdiqlənib

Çinin Azərbaycana təmənnasız hərbi yardım göstərməsi haqda Sazişə Əlavə Protokol təsdiqlənib Azərbaycanla Britaniya arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumu da təsdiq edilib
Hərbi
4 May , 2015 20:38
Çinin Azərbaycana təmənnasız hərbi yardım göstərməsi haqda Sazişə Əlavə Protokol təsdiqlənib

Bakı. 4 may. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Sazişə Əlavə Protokolun təsdiq edilməsi barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi arasında Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına təmənnasız hərbi yardım göstərilməsi haqqında Sazişə 2015-ci il fevralın 2-də Bakı şəhərində imzalanmış Əlavə Protokol təsdiq edilib.

Azərbaycan Müdafiə Nazirliyi Əlavə Protokolun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Əlavə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə sərəncam imzalayıb. 

Sərəncamla Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında 2015-ci il martın 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi