DSX-nin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb

DSX-nin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb "Həyəcan" komandası ilə qaldırılan çevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatıb və döyüş tapşırığını dərhal icra ediblər
Hərbi
30 Noyabr , 2015 12:26
DSX-nin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb

"Müəyyən olunan hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar dəqiqliklə yerinə yetirilib"

Bakı. 30 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) döyüş hazırlığı proqramına uyğun olaraq çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin döyüş hazırlığı səviyyəsi yoxlanılıb. Bu barədə "Report"a DSX-nin mətbuat mərkəzindən məlumat verilib. 

Məlumatda qeyd olunub ki, ilkin olaraq dövlət sərhədini pozmuş şərti terrorçu dəstənin olduğu yerin dəqiqləşdirilməsi üzrə kəşfiyyat aparma imkanları və müəyyən edilən rayona helikopterlərlə desant çıxarma bacarıqları yoxlanılıb, desantın paraşüt tullanışları müvəffəqiyyətlə yerinə yetirilib.

"Həyəcan" komandası ilə qaldırılan çevik hərəkət bölmələri cəmləşmə rayonuna vaxtında çatıb və döyüş tapşırığının dərhal icrasına başlayıblar. Müəyyən olunan hədəflərə qarşı helikopterlərin idarə olunan raket komplekslərindən atışlar dəqiqliklə yerinə yetirilib.

Çevik hərəkət bölmələrinin mürəkkəb relyefli çətin keçilən dağlıq ərazidə zirehli texnikalarda döyüş bacarığı və atış imkanları, çevik hərəkət bölmələri aviasiya qüvvələri arasında əlaqəndirmənin səviyyəsi və həmin bölmələrin idarəetmə orqanlarının birgə fəaliyyəti yoxlanılıb. Aviasiya və döyüş texnikasının yüksək manevr imkanları, bölmələrin şəxsi heyəti tərəfindən möhkəm intizam və peşəkarlıq nümayiş etdirilib.

Yoxlama tədbirlərini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev izləyib.

Yoxlamaya cəlb olunan bölmələrin döyüş qabiliyyəti yüksək qiymətləndirilib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və tapşırıqlarının icrasının təmin edilməsi üzrə əlavə göstərişlər verilib.

Son xəbərlər

Orphus sistemi