​Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib

​Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib Hərbi xadim haqda çəkilən sənədli filmi nümayiş etdirilib
Hərbi
1 Oktyabr , 2015 13:06
​Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tanınmış hərb xadimi Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək dövlət himni səsləndirilib.

Liseyin zabiti polkovnik Rəhim Səmədov, Hərb Tarixi muzeyinin əməkdaşı Nuru Məmmədov, tarix elmləri üzrə fəlsəfə doktoru Mahir Qəribov Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən danışaraq onun nümunəvi xidmətindən bəhs ediblər.

Kursantların ifasında ədəbi-bədii hissənin təqdimatından sonra görkəmli C.Naxçıvanski haqda çəkilmiş sənədli filmin nümayişi olub.

Son xəbərlər

Orphus sistemi