​Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanovun xatirəsi yad edilib

​Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanovun xatirəsi yad edilib Tədbirdə qəhrəmanın həyat və döyüş yolundan bəhs edən "Mən sizi dünyalar qədər sevirdim" bədii filmi nümayiş edilib
Hərbi
22 Yanvar , 2016 20:17
​Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanovun xatirəsi yad edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 22-də naziriliyin xüsusi təyinatlı təhsil müəssisələrində qəhrəmanın xatirəsinin anma mərasimi keçirilib.

Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib. 

Tədbir açıq elan edildikdən sonra ulu öndər Heydər Əliyevin, görkəmli hərb xadimi Həzi Aslanovun, Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edlib, dövlət himni səsləndirilib. 

Anma mərasimində bir daha xatırlandı ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu ənənə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir.

Sonda hərbi təhsil ocaqlarının zabit, müəllim və kursant heyəti Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən "Mən sizi dünyalar qədər sevirdim" bədii filminə tamaşa ediblər. 

Son xəbərlər

Orphus sistemi