​Bu il Naxçıvandakı hərbi hissə və bölmələrə 10 ədəd “NAZ-Lifan”, 20 ədəd “Kamaz” markalı maşın verilib

​Bu il Naxçıvandakı hərbi hissə və bölmələrə 10 ədəd “NAZ-Lifan”, 20 ədəd “Kamaz” markalı maşın verilib Bu barədə MR-in Dövlət Statistika Komitəsi məlumat yayıb
Hərbi
19 Oktyabr , 2015 11:43
​Bu il Naxçıvandakı hərbi hissə və bölmələrə 10 ədəd “NAZ-Lifan”, 20 ədəd “Kamaz” markalı maşın verilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Cari ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi hissə və bölmələrinə 10 ədəd yeni “NAZ-Lifan” markalı xidməti avtomobili verilib.

“Report”un xəbərinə görə, bu barədə MR-in Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bundan başqa, bu il MR-dəki hərbi hissə və bölmələrə 20 ədəd “Kamaz” markalı yük maşını, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına 2 ədəd yeni “Hyundai” markalı avtobus, 1 ədəd “Ford Cargo” markalı avtomobil, 1 ədəd tibbi yardım maşını və 5 ədəd motosiklet verilib.

Son xəbərlər

Orphus sistemi