Azərbaycanın bütün hərbi hissələrində "Açıq qapı" günü keçirilir

Azərbaycanın bütün hərbi hissələrində "Açıq qapı" günü keçirilir Valideynlər əsgər yataqxana və yeməkxanaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər
Hərbi
31 Dekabr , 2015 10:57
Azərbaycanın bütün hərbi hissələrində Açıq qapı günü keçirilir

Bakı. 31 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın bütün hərbi hissələrində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbir müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən baş tutub.

Ziyarətçilər hərbi hissələrdə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şərait, eləcə də xidməti və inzibati binalar, əsgər yataqxanaları və yeməkxanaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Bundan əlavə, hərbi hissələrin komandanlığı ilə valideynlərin görüşləri təşkil olunacaq, onları narahat edən sualların və maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi