​Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

​Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib Veteranlara hədiyyələr təqdim olunub
Hərbi
8 May , 2016 11:46
​Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə günü münasibəti ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin şəxsi heyəti adından təbrik edilib.

Sonra Qələbənin 71-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.

Təşkilatın sədri istefada olan general-mayor Dadaş Rzayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi