Belarusun müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Belarusun müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb Səfər sentyabrın 29-dək davam edəcək
Hərbi
26 Sentyabr , 2016 17:26
Belarusun müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

Bakı. 26 sentyabr. REPORt.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə sentyabrın 26-da Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi