Bakıda Polşa Ordusunun Günü qeyd edilib

Bakıda Polşa Ordusunun Günü qeyd edilib Çıxış zamanında Marek Tsalka Polşa cəmiyyəti ilə Silahlı Qüvvələri arasında tarixən formalaşmış əlaqələrin əhəmiyyətini vurğulayıb
Hərbi
16 Sentyabr , 2015 22:21
Bakıda Polşa Ordusunun Günü qeyd edilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Polşa Respublikasının Bakıdakı səfiri Marek Tsalka və hərbi attaşesi polkovnik Zbignev Vaşelevski Polşa Ordusunun Günü münasibətilə təntənəli qəbul keçirib.

"Reportun" Polşanın Azərbaycandakı səfirliyinin məlumatına verdiyi xəbərə görə, səfirin iqamətgahında keçirilən tədbirə NATO ölkələrinin diplomatik nümayəndələrinin rəhbərləri, Bakı Müdafiə Attaşesi Assosiyasiyasının üzvləri, Azərbaycan Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin nümayəndə heyətləri dəvət edilib.

Çıxış zamanında Marek Tsalka Polşa cəmiyyəti ilə Silahlı Qüvvələri arasında tarixən formalaşmış əlaqələrin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, min ildən artıq yaşı olan Polşa tarixi bu gün bütün polyakların qürurudur.

Mərasimdə Azərbaycan Respublikasının Milli Filarmoniyasının pianoçu, cənab Fəqan Həsənli müsiqi əsərləri ifa edib.

Son xəbərlər

Orphus sistemi