Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib

Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib ​İştirakçılara operativ və taktiki səviyyədə komanda-qərargah məşqləri keçirilib
Hərbi
4 Mart , 2016 12:59
Bakıda NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq mövzusunda kurs təşkil edilib

Bakı. 4 mart. REPORT.AZ/ NATO-nun Quru Qoşunları İzmir komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda "NATO standartlarına uyğun kəşfiyyatla tanışlıq" mövzusunda kurs təşkil edilib. "Report" Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim kursu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində MN və DTX nümayəndələrinin birgə iştirakı ilə keçirilib.
İştirakçılara operativ və taktiki səviyyədə "Döyüş sahəsinin hazırlığı", "Məlumatların toplanılması, təhlili və ötürülməsi" və digər mövzularda mühazirələr təqdim olunub, eləcə də praktiki vərdişlərin artırılması məqsədilə sülhməramlı əməliyyatlar ssenarisinə uyğun komanda-qərargah məşqləri keçirilib.

Son xəbərlər

Orphus sistemi